"Türkiyə Ermənistanı yox etmək istəyir" - erməni diplomat | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


"Türkiyə Ermənistanı yox etmək istəyir" - erməni diplomat

Siyasət A- A A+

“Dağlıq Qarabağ danışıqlar prosesində və ümumiyyətlə bütün münaqişələrdə ilkin danışıqlar olmalıdır, hətta müharibə şəraitində belə, çünki danışıqların yoxluğu dağıdıcıdır.

Eurasia Dairy erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Navasardyan deyib.

“Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmayacaq, çünki Türkiyə və Azərbaycanın başqa məqsədləri var, Dağlıq Qarabağ məsələsi yoxdur, torpaq təhvil vermək məsələsi yoxdur, Türkiyənin Ermənistanı ləğv etmək planı var”, - deyə Arman Navasardyan bildirib.

“Əgər istəyirsən bütün torpaqları qaytar, Xankəndini, Şuşanı, fərqi yoxdur, onlar öz bildiklərini edəcəklər”.

Navasardyan qondarma Qarabağ rejiminin rəhbəri Arayik Arutunyanın müharibəyə hazırlıq fikrini bəyəndiyini söyləyib.

“Əgər lazımdırsa biz döyüşməliyik və uyğun geosiyasi dəyişiklikləri gözləməliyik. Biz həm hərbi həm də siyasi cəhətdən güclü olmalıyıq”, deyə erməni diplomat söyləyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...