Rusiya və Çin Qərbin qaydalarına uyğun hərəkət etməyəcək - Lavrov | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Rusiya və Çin Qərbin qaydalarına uyğun hərəkət etməyəcək - Lavrov

Siyasət A- A A+

Rusiya və Çinin istənilən vəziyyətdə Qərbin qaydalarına riayət etməsi fikri yanlışdır.

Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov  söyləyib.

“Mən Qərbdə yaxşı tanınan bizim alimlərin yazılarını oxuyurdum. Əsas fikir isə belədir: Qərbin ölçülərinə uyğun gəlmək və Qərb tərəfindən bəyənilməyə çalışmağı dayandırmaq vaxtı çatıb. Bu insanlar çox hörmətli adamlardır və bunlar olduqca ciddi bəyənatlardır. Mənə aydın olur ki, Qərb qəsdən və ya bilməyərəkdən bizi bu təhlillərə tərəf sürükləyir. Bu daha çox bilməyərəkdən edilənə oxşayır”, Lavrov deyib.

“Lakin Rusiyanın Qərbin qaydaları ilə hərəkət edəcəyini düşünmək çox böyük xətadır, eləcə də Çin üçün belə fikirləşmək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...