"Rusiya bölgədə Türkiyə təsirini neytrallaşdıra biləcək yeganə ölkədir" - Robert Köçəryan | Eurasia Diary - ednews.net

23 Oktyabr, Cümə


"Rusiya bölgədə Türkiyə təsirini neytrallaşdıra biləcək yeganə ölkədir" - Robert Köçəryan

Siyasət A- A A+

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hesab edir ki, yalnız Rusiyanın iştirakı regionda Türkiyə amilini neytrallaşdıra bilər.

Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Köçəryan öz Youtube səhfəsində paylaşdığı videoda bildirirb.

“Obyektiv olaraq, Rusiya bölgədə Türkiyənin təsirini neytrallaşdıra biləcək yeganə ölkədir. Mən inanmıram ki, Rusiya əleyhinə sanksiyalar onu zəiflədə bilsin. Mən inanıram ki, Rusiya sanksiyalar altında belə öz siyasi kursunu dəyişməyəcək. Heç kim nəhəng potensiyalı və imperiya keçmişi olan ölkəyə təsir edə bilməz. Rusiya Ermənistanın ortaq məxrəcə gəlməli və danışıqlara getməli olduğu ölkədir, nəinki ultimatum göndərməli olduğu”, deyə Köcəryan söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...