ABŞ Dövlət Katibi Qarabağ münaqişəsində substantiv danışıqların bərpa olunmasına çağırış edib | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


ABŞ Dövlət Katibi Qarabağ münaqişəsində substantiv danışıqların bərpa olunmasına çağırış edib

Siyasət A- A A+

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə M. Pompeo Ermənistanının müstəqillik günü münasibətilə təbrikində bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə ABŞ Dövlət katibi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...