“Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov moldovalı həmkarı Oleq Tulea ilə telefon danışığı zamanı deyib.
Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib.