2050-ci ilə qədər Ermənistan adambaşına hesabla ən effektiv orduya sahib olmalıdır, Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
"Bizim əsgər silahları, texniki və fərdi hazırlıq səviyyəsi ilə ən effektiv olmalıdır. Adambaşına dedikdə isə bizim hər bir əsgərimiz onunla eyni potensiyala sahib 7 və ya 10 əsgərə qarşı dayana bilməlidir. Təbii ki yalın əllə yox”, Paşinyan deyib.
Nikol Paşinyan hər bir əsgərin bacarıqlarının inkişaf etdirilməli olduğunu və 10 ən yaxşı kəşfiyyat xidmətindən birinə sahib olmalı olduğunu vurğulayıb.