Bəzi Qərb ölkələrinin Aleksey Navalnı məsələsini alovlandırmalarında əsas hədəf “Şimal Axını-2” layihəsidir, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib.
Bu barədə Eurasia Diary TASS-a istinadən xəbər verir.
“Xarici Kəşfiyyat Xidməti bəzi Qərb ölkələrinin “qondarma” Navalnı məsələsini alovlandırmaq üzrə intensiv fəaliyyətlərini müşahidə edirik. Şimal Axını-2 qaz kəməri layihəsinin əsas hədəflərdən biri olduğu getdikcə daha aydın görünür”.
Narışkin bildirib ki, bu layihəni bloklamaq üçün edilən səylər “Navalnıya görə Rusiyanı cəzalandırmaq” adı altında edilir.
“Bu layihənin dayandırlıması Vaşinqton üçün olduqca əhəmiyyətlidir. Ağ ev Avropaya mayeləşdirilmiş qazla təchiz etmək planları var”.