İlham Əliyevin bəyənatlarının hamı üçün Nikol Paşinyanın maskasını cırır, bu sözləri Ermənistanın Respublikaçılar partiyasının vitse-prezidenti Armen Aşotyan söyləyib.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, Aşotyan Əliyevin sözlərinin arxasında tanklar və toplar dayandığını bildirib.
“Əgər müharibə başlasa Ermənistan yeganə günahkar kimi göstərilməməlidir”, deyə Aşotyan söyləyib.
O, Azərbaycan təbliğatının hələki qalib gəldiyini də vurğulayıb.
“Bu yaxşı bitməyəcək, biz artıq hər iki həm diplomatik həm də mümkün hərbi cəbhədə məğlubuq. Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyanın başı daxili populizmə qarışıb. Son iki il yarımda onlar bizə qulaq asmırlar”.
Aşotyan çıxış yolunu Paşinyanın istefası və növbədənkənar parlament seçkilərində görür.