“Koronavirus pandemiyası ABŞ və Çin arasında qarşıdurmanı kəskinləşdirib və Rusiya diplomatik olaraq bu münaqişənin irəliləməsinin qabağını almalıdır”.
Eurasia Dairy TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri SSRİ-nin keçmiş lideri Mixail Qorbaçov söyləyib.
“Koronavirus pandemiyası ABŞ və Çin arasında gərginliyin artması ilə nəticələnən ikiqütblü münaqişəni daha da kəskinləşdirib. Beynəlxalq siyasət nöqteyi-nəzərindən bu münqaişənin müsbət bitəcəyi bir ssenari mövcud ola bilməz. 1980-ci illərin sonlarında yeni düşüncə prinsipi həqiqətən öz tətbiqini tapdı və soyuq müharibəni bitirməkdə effektivliyini sübut etdi”, Qorbaçov deyib.
“Bu gün Rusiyanın yeni siyasi düşüncəyə qayıtması və ABŞ və Çin arasındakı ikiqütblü qarşıdurmanın diplomatik yolla qarşısının alınması məqsədi qoyması ağıllı olardı”.
Qeyd edək ki, son illər ərzində ABŞ və Çin arasında ticarət savaşının başlaması ilə münasibətlər olduqca gərginləşib. Koronavirus pandemiyası zamanı isə ABŞ Prezidenti Donald Tramp Pekini kornavirusun yayılması zamanı vaxtında cavab vermədiyinə görə günahlandırıb və bununla da münasibətlərin kəskinləşməsinin yeni mərhələsi başlayıb.