Qondarma "Dağlıq Qarabağ" rejiminin parlamentinin təcili iclasında verilən qərar ilə 18 yaşından yuxarı şəxslər üçün hərbi səfərbərlik elan edilib.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, bu sözləri qondarma rejimin "lideri" Arayik Arutunyan söyləyib.
Təxribatların Ermənistan silahlı qüvvələri tərəfindən başlanmasına baxmayaraq, Arutunyan məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atıb.