Ermənistan qoşunların təmas xəttində verdiyi növbəti itkiləri açıqlayıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, qondarma “Dağlıq Qarabağ müdafiə ordusu” komandirinin müavini Artur Sarkisyan bu gün keçirdiyi mətbuat brifinqində bildirib ki, 16 nəfər ölüb, 100-dən çox yaralı var.
***13:24
Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu düşmənə tutarlı cavab verib.
Eurasia Diary erməni KİV-lərin yaydığı məlumata istinadən xəbər verir ki, artıq Ermənistan 10 hərbi qulluqçusunun öldüyünü təsdiqləyib.