Türkiyə Müdafiə naziri Hulusi Akar, Ermənistanın hücumundan sonra baş verən son hadisələrlə bağlı Azərbaycan Müdafiə naziri Zakir Həsənovla müzakirələr aparıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Akar Azərbaycanın müdafiə naziri ilə telefon danışığı aparıb.
Erməni qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış yerlərinə edilən hücumları qınayan Akar, Türkiyənin hər zaman azərbaycanlı qardaşlarla birlikdə olduğunu vurğulayıb.
Şəhidlərə rəhmət, yaralılara şəfa diləyən və bölgədəki son vəziyyət barədə məlumat alan Akar, danışıq zamanı "ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarımızla azərbaycanlı türk qardaşlarımızın yanında olacağıq" deyib.