Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllini dəstəkləyirik - Səudiyyə Ərəbistanı XİN | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllini dəstəkləyirik - Səudiyyə Ərəbistanı XİN

Siyasət A- A A+

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasındakı gərginliklə əlaqədar yaydığı bəyanatda bildirilib.

“Səudiyyə Ərəbistanı Krallığının hökuməti Ermənistanla Azərbaycan arasındakı vəziyyəti çox narahatlıqla və diqqətlə izləyir. Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...