Matviyenko qlobal qüvvələri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


Matviyenko qlobal qüvvələri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

Siyasət A- A A+

“Dağlıq Qarabağla bağlı vəziyyət son dərəcə təhlükəlidir, genişmiqyaslı hərbi qarşıdurmaya çevrilmək ehtimalı yüksəkdir”.

Eurasia DiaryReport”a istinadən xəbər verir ki, Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Bütün qlobal məsul qüvvələri bu münaqişəyə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq, beynəlxalq ictimaiyyətin döyüş əməliyyatlarına son qoymağın və ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtmağın qeyd-şərtsiz prioritet xəttini dəstəkləyirik”, - o bildirib.

V.Matviyenko Rusiyanın parlament yolu ilə də daxil olmaqla, münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olan hər cür yardımı edəcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...