Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bəyanatda Ermənistanla Azərbaycan arasında davam edən şiddətli toqquşmalardan narahatlıq, insan və maddi itkilərə görə təəssüf ifadə edilib.
“Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Əfqanıstan, Dağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir və bu baxımdan Azərbaycan xalqı və hökuməti, dünyanın digər dövlətlər tərəfindən göstərilən səyləri dəstəkləyir", - deyə XİN-in bəyanatında vurğulanıb.
Əfqanıstanın Xarici İşlər Nazirliyi atəşkəsi bərpa etməyə və bölgədə uzun müddətdir davam edən böhranı sülh yolu ilə həll etməyə çağırır.