“Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır” - Korotçenko | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


“Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır” - Korotçenko

Siyasət A- A A+

“Gəlin mübahisə etməyək. Beynəlxalq hüquq və mövcud reallıqlar nöqteyi-nəzərindən Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” siyasi tok-şousunda çıxışında bildirib.

“Müharibə sonsuz davam edə bilər. Mövcud reallığı qəbul etmək lazımdır. Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayonu “Kazan formulu”na görə Azərbaycanın nəzarətinə qaytarılmalı idi. Azərbaycan isə bunun qarşılığında iqtisadi-ticarət əlaqələrini bərpa edirdi. Dağlıq Qarabağın statusu isə daha sonraya saxlanılırdı. Bu sülhün real formuludur”, - deyə İ. Korotçenko vurğulayıb.

O, münaqişənin ədalətli həlli olmadan sülhün olmasının mümkünsüzlüyünü qeyd edib: “Başa düşmək lazımdır ki, heç bir atəşkəs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olmadan hökm sürməyəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...