BMT TŞ-nın iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


BMT TŞ-nın iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək

Siyasət A- A A+

“BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrin icra olunmaması məsələnin başqa tərəfidir. Bu, dünyada mövcud olan ikili standartlarla bağlıdır”. 

Eurasia Diary xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan tərəfi 4 qətnamənin tələblərinin təmin edilməsi ilə bağlı məsələni hər zaman qaldırıb: “Ancaq onu qeyd edim ki, BMT-nin qətnamələri hələ qüvvədədir. Əgər BMT TŞ-nın iclası yenidən çağırılırsa, bu zaman bu qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək”.

L. Abdullayeva qeyd edib ki, eyni zamanda, Baş Prokurorluqda açılan cinayət işləri ilə bağlı detallı məlumatlar beynəlxalq təşkilatlara göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...