“Qarabağ bizimdir, bizim olacaq” - Traktor Sazi | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


“Qarabağ bizimdir, bizim olacaq” - Traktor Sazi

Siyasət A- A A+

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajları davam edir.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Türkiyə klublarından sonra İran təmsilçisi “Traktor” da sosial şəbəkə səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.

Təbriz klubu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etirazını bildirib. “Traktor” Azərbaycan, türk və fars dilində “Qarabağ İslam və türk torpağıdır. Oyunlar zamanı səsləndirmişik və yenə səsləndirəcəyik: Qarabağ bizimdir, bizim olacaq”, - mesajını yayımlayıb.

Qeyd edək ki, ötən mövsüm İran çempionatında 4-cü yeri tutan “Traktor” ev oyunlarını 80 min azarkeş tutumuna malik “Yadigar İmam” stadionunda keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...