Hazırda düşmənin texnikaları və işğalçı kontingentin sıravi rütbəli şəxsi heyəti deyil, həm də yüksək rütbəli zabitləri məhv edilir.
Eurasia Diary Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, beləliklə, Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasının 9-cu mexanikləşdirilən piyada alayının artilleriya rəisi, polkovnik Artem Poqosyan məhv edilib.