Hələ ki, gec deyil, bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq İlham Əliyev

Siyasət 17:18 30.09.2020

“Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır”.

Eurasia Dairy xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək.

“Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk”, - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, hələ ki gec deyil: “Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası"nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun”.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Hamısı