"Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır" - Rusiya XİN | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə axşamı


"Moskva Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünü keçirməyə hazırdır" - Rusiya XİN

Siyasət A- A A+

Rusiya xarici işlər naziri Sergey Lavrov ayrı-ayrılıqda azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatskanyanla telefonla danışıb. 

Eurasia Diary APA-ya istinadən , telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Atəşin dərhal dayandırılması və gərginliyin deskalasiyası, eləcə də təxribatçı və döyüşkən ritorikanın yolverilməzliyinə çağırış səslənib. Tərəflərin tezliklə danışıqlar masasına qayıtmalarının vacibliyinə işarə vurulub. 

S.Lavrov qeyd edib ki, Rusiya həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üçün şəraitin yaradılmasına istiqamətlənən vasitəçilik səylərini davam etdirəcək. Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşü daxil olmaqla müvafiq təmasların keçirilməsi üçün Moskva platformasının hazır olduğu təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...