BMT-nin baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

29 Noyabr,


BMT-nin baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib - FOTOLAR

Siyasət A- A A+

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Yerevanın işğalçı siyasəti və Gəncə hadisələri ilə bağlı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiyada Nyu-York, Nyu-Cersi, Massaçusets, Meyn ştatalarının və Vaşinqton şəhərinin Azərbaycan və Türk icmalarının üzvləri iştirak ediblər.

Aksiya zamanı icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, BMT-yə üzv dövlətləri bu BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsinə dair rəsmi Yerevana təzyiq göstərməyə çağırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpaqları olduğunu qeyd ediblər. Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat verilib.

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...