Atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmləri vacibdir - Sergey Lavrov | Eurasia Diary - ednews.net

30 Noyabr, Bazar ertəsi


Atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmləri vacibdir - Sergey Lavrov

Siyasət A- A A+

“Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

S. Lavrovun sözlərinə görə, indi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən ziddiyyətli ritorikanın dayandırılmasıdır: "Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı". 

S. Lavrov atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmlərinin vacibliyindən danışıb: “Bizim Müdafiə Nazirliyimiz bunun üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Ümid edirik ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...