BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağda sülhə nəzarətin təmin edilməsi üzrə müzakirələr gedir.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib.
"Sülhə nəzarətin təmin edilməsinə ehtiyac vardır. Düşünürəm ki, atəşkəs barədə razılıq əldə olunduğundan bu günə qədər ən aktual məsələdir".
Nebenzya Rusiya müdafiə nazirinin Azərbaycan və Ermənistan tərəfi ilə bu mexanizmin necə tətbiq ediləcəyinə dair danışıqlar apardığını söyləyib.