Birləşmiş Ərəb Əmirliyinin nümayəndə heyəti İsrailə rəsmi səfərə yollanıb.
Eurasia Diary France 24 kanalına istinadən xəbər verir ki, keçən ay əlaqələrin normallaşmasından sonra bu, ilk rəsmi səfərdir.
BƏƏ nümayəndəliyinə Maliyyə naziri Obayd Əl-Tayer və İqtisadiyyat naziri Abdulla bin Tuq Əl Mari başçılıq edəcək.
Qeyd edək ki, keçən həftə İsrail parlamenti BƏƏ ilə əldə olunmuş razılığı təsdiq edib.