Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.
Eurasia Diary Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki , videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.
Həmin videomüraciəti təqdim edirik: