Ermənistanın baş naziri Nikol Paşinyan diplomatik danışıqlarına yox deyib və xalqını silaha sarılmağa çağırıb.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə Paşinyan Feysbuk hesabından açdığı canlı yayım vasitəsi ilə bildirib.
Paşinyan düşünür ki, hazırkı məqamda və uzun müddətdə münaqişənin diplomatik həlli yoxdur.
"Diplomatik həll yoluna dair bütün ümidlər, təkliflər, fikirlər tükənmiş sayılmalıdır. Dəfələrlə demişik ki, məsələni qarşılıqlı güzəştlərlə həll etməyə hazırıq. Güzəşt o deməkdir ki, həll naminə tələblərinizi azaldırsınız".