ABŞ Rusiya və İranı noyabrda keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə cəhddə ittiham edib.
Bu barədə Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir.
“Biz ictimaiyyətə xəbərdarlıq edirik ki, iki xarici aktorun Rusiya və İranın seçkilərlər bağlı ictimai fikrə təsir etmək üçün xüsusi fəaliyyətlər həyata keçirdiyini aşkarlamışıq", Milli Kəşfiyyat idarəsinin direktoru Con Retkliff Federal Tədqiqatlar Bürosunun (FBI) direktoru Kristofer Rey ilə birgə iştirak etdiyi dünənki brifinqdə söyləyib.
Retkliff Rusiya və İranın seçicilərin qeydiyyatı ilə bağlı məlumatları əldə etdiyini və bununla da seçicilərlə əlaqəyə girməyə cəhd edərək onlara yanlış informasiyalar ötürmək üçün istifadə edə biləcəklərini bildirib.
“Biz artıq İranın seçiciləri qorxutmaq, sosial iğtişaşlar yaratmaq və Prezident Trampın imicini zədələmək üçün saxta emaillər göndərdiyini görmüşük”.
O, İranı fərdlərin xaricdən də saxta yolla səs verə biləcəyini izah edən video material yaymaqda günahlandırıb.
Retkliff bu videoların heç bir əsasının olmadığını və bu üsulun yarasız olduğunu bildirib.