"İranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir" - İran səfiri | Eurasia Diary - ednews.net

29 Noyabr,


"İranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir" - İran səfiri

Siyasət A- A A+

“İranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir”.

Eurasia Diary xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Tvitter” hesabında yazıb.

“Cənab Prezident, bədxahların mövcudluğu və müdaxiləsi olmadan İran və Azərbaycan arasındakı 760 km-lik dövlət sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”, - deyə İran səfiri vurğulayıb.   

Qeyd edək ki, ötən gün Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və İran xalqını təbrik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...