Vaşinqtonda Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb - YENİLƏNİB | Eurasia Diary - ednews.net

29 Noyabr,


Vaşinqtonda Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb - YENİLƏNİB

Siyasət A- A A+

Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Eurasia Diary-ə verilən xəbərə görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

***

Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.

Eurasia Diary xəbər verir ki, Pompeo daha sonra Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...