“Böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov | Eurasia Diary - ednews.net

26 Noyabr, Cümə axşamı


“Böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov

Siyasət A- A A+

Rusiya dünyadakı böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yunanıstanlı həmkarı ilə Nikos Dendiasla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var. Bu münasibətlər problemsiz deyil. Bu və ya digər problemlərə yanaşmamız hər zaman üst-üstə düşmür. Lakin ortaq məxrəclər tapanda biz işin xeyrinə səylərimizi birləşdiririk və böhranlı vəziyyətlərin həll edilməsindən ötrü şəraitin yaradılması üçün irəliləməyə kömək edirik. Biz Türkiyə ilə bu cür əməkdaşlığı davam etdiririk”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...