Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar.