Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı aparıb.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, danışıq zamanı tərəflər Dağlıq Qarabağ, Suriya və Liviya münaqişələrini müzakirə ediblər.
"Dağlıq Qarabağda baş verən son vəziyyət müzakirə olunub. Rusiya tərəfi baş verən hərbi fəaliyyətə dair dərin narahtlığını ifadə edib", Rusiya mətbuat xidməti bildirib.
Bundan əlavə, Putin Ərdoğanı Azərbaycan və Ermənistan liderləri ilə danışıqları ilə bağlı məlumat verib. Onlar tezliklə atəşkəsin əldə olunmasını və münaqişənin de-eskalasiyası ilə bağlı müzakirələr aparıblar.
İki ölkənin liderləri ölkələrinin xüsusi xidmət orqanları da daxil olmaqla diplomatik və müdafiə idarələri arasında qarşılıqlı koordinasiyanın davam etdirilməsinin razılığına gəliblər.
Danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə aparılıb.