Diplomatik mənbələrdən alınan məlumata görə Azərbaycan və Türkiyə xarici işlər nazirləri Çərşənbə günü Dağlıq Qarabağ bölgəsindəki son vəziyyəti müzakirə ediblər.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu telefonla danışıblar.
Bu danışıq Vaşinqtonda əldə olunmuş atəşkəs rejiminin Ermənistan tərəfindən pozulmasından sonra baş tutub.
Qeyd edək ki, sabah Ceyhun Bayramovun İsveçrənin paytaxtı Çenevrədə ATƏT-in Minsk Qrupunun həmsərdləri ilə görüşü planlaşdırılır.