Cenevrədə Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş başlayıb | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


Cenevrədə Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş başlayıb

Siyasət A- A A+

Bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirilir.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Twitter"də bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşü başlayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Həmsədrlər və A. Kaspşik Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla da görüşəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...