Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO

Siyasət A- A A+

Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında əlaqəni yoluna qoymağa çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Erməni birləşmələrinin bir sıra rayonlardan, o cümlədən Ağdam və Laçından çıxmasından sonra orada dinc erməni əhalisi qalacaq. Aydındır ki, sülhməramlılarımız ayrılma xəttində dayanır”, - deyə V.Putin bildirib.

O, qeyd edib ki, sülməramlılarla həm Azərbaycan, həm də erməni tərəfi arasında yaranmış xoş münasibətdən xəbərdardır.

“Ermənistan ordusunun boşaltdığı yerləri tutan insanlar - bəli, əlbəttə, bunlar münaqişə tərəfləridir, amma münaqişə bitdi. Axı bunlar mədəni insanlardır və bilirəm ki, əhval-ruhiyyələri ümumiyyətlə xeyirxahdır. Ancaq hər iki tərəflə - bu halda Azərbaycan tərəfi ilə əlaqə qurmaq lazımdır ki, azad edilmiş rayonlarda vəziyyət stabil olsun və hər iki millətin insanlarının məişət zəminində heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaradacaq şəkildə olsun”, - deyə V.Putin bildirib.

“Əlbəttə ki, bu artıq sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Ancaq mən Azərbaycan Prezidentinin yanaşmasını bilirəm – o, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqedən yanaşır”, - deyə V.Putin əlavə edib.(oxu.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...