Lavrov: - “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi” | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Lavrov: - “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

Siyasət A- A A+

“Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdləri qəbuledilməzdir”.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli üçtərəfli nizamlanmaya dair bəyanatı şübhə alına almaq olmaz:: “Ermənistan rəhbərliyi ilə danışıqlarda bu bəyanatın alternativsiz olduğu etiraf edildi. Qeyd olundu ki, Ermənistan daxilində və xaricində bəyanatı şübhə altına qoymaq qəbuledilməzdir. Ermənistan baş naziri və prezidenti bəyanatın icrasına tam sadiqliklərini bəyan etdilər. Onlar bu bəyanatın ciddi problemləri həll etdiyini, insanların həyatını xilas etdiyini bildirdilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...