"Bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin bu cəhdlər baş tutmayacaq" - Lavrov | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


"Bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin bu cəhdlər baş tutmayacaq" - Lavrov

Siyasət A- A A+

Bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünən Azərbaycanda rəsmi səfərdə olarkən mətbuata çıxışı zamanı səsləndirib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar. İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar.

Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...