"Yeni müharibə olacaq. Azərbaycan Zəngəzuru alacaq" - Ermənistanın keçmiş xüsusi xidmət rəisi | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


"Yeni müharibə olacaq. Azərbaycan Zəngəzuru alacaq" - Ermənistanın keçmiş xüsusi xidmət rəisi

Siyasət A- A A+
“Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə başladığı ilk gündən istefasını tələb etmişdim. Bütün bu müddət ərzində davamlı olaraq ölkəmizin ictimaiyyətini danışıqlar prosesinin hansı istiqamətdə inkişaf etdiyi məlumatlandırırdım".
 
Eurasia Diary-nin verdiyi məlumata görə, bunu Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri və Ermənistan prezidentinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə keçmiş xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan Sputnik Ermənistan-a verdiyi müsahibəsində deyib.
 
Bu, həqiqətən, utancverici kapitulyasiyadır, amma ən dəhşətlisi budur ki, indi də Paşinyan və komandası hakimiyyətdən iki əlli yapışıblar. Siyasi təqiblərə başlayıblar. Cəmiyyətimizə elə gəlir ki, müharibə başa çatıb. Əslində isə müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara afərin. Ancaq Syunik (Zəngəzur - red.) hələ ki, müharibənin əsl mövzusu olaraq qalır”, o deyib. 
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...