Ərdoğan və Putin Dağlıq Qarabağda yaradılacaq atəşkəsə nəzarət mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparıblar | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Ərdoğan və Putin Dağlıq Qarabağda yaradılacaq atəşkəsə nəzarət mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparıblar

Siyasət A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyalı həmkarı Vladimir Putin çərşənbə axşamı Dağlıq  Qarabağda yerləşəcək Rusiya-Türkiyə atəşkəsə nəzarət mərkəzinin yaradılması məsələsini müzakirə ediblər.

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Liderlər münaqişə bölgəsində atəşkəs və qarşıdurmalara nəzarət mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar", deyə mətbuat xidməti danışıqların Türkiyə tərəfinin təşəbbüsü ilə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, birgə nəzarət mərkəzinin yaradılması ilə bağlı Türkiyə Müdafiə naziri Hulusi Akar ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında 11 noyabr tarixində memorandum imzalanıb.

Türkiyə prezidentinin mətbuat xidməti bildirib ki, iki ölkənin birgə təsis edəcəyi nəzarət mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq.

Bundan əlavə, liderlər Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında imzalanmış bəyanatın detallarını müzakirə ediblər və bəyanatın yerinə yetirilməsinin vacibliyini də vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...