Son sutka ərzində 1,777 nəfər erməni əhalisi Dağlıq Qarabağa geri qayıdıb.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İrəvandan Xankəndinin mərkəzi meydanına 1,777 nəfəri daşıyan avtobuslar yola düşüb. Avtobuslar Rusiya hərbi polisi və sülhməramlı patrulları tərəfindən müşayiət edilib".