Gürcüstan karantin qaydalarını sərtləşdirir - Sabahdan məhdudiyyətlər qüvvəyə minir | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Gürcüstan karantin qaydalarını sərtləşdirir - Sabahdan məhdudiyyətlər qüvvəyə minir

Siyasət A- A A+

Gürcüstanda mövcud olan epidemioloji vəziyyətdən irəli gələrək, baş nazirin rəhbərliyi ilə keçirilən idarələrarası koordinasiya şurası ölkədə qüvvədə olan məhdudiyyətlərin genişlədirilməsi ilə bağlı qərar verib.

Bu barədə Eurasia Diary Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir.

Koordinasiya şurasının qərarı ilə,

Noyabrın 28-dən – yanvarın 31-nə qədər:

  • Ölkə miqyasında saat 21:00-dan 05:00-ə qədər insanlar hərəkət etməsi, həm piyada, həm də avtomobil ilə qadağan edilir. 31 dekabr və yanvarın 6-sı istisna olunur.

  • Restoranlar və qida obyektləri tamamən daşıma servisinə keçirlər.

  • Fitnes-mərkəzlərin və üzmə havuzlarının fəaliyyəti dayandırılır.

  • Hər-hansı növ konfransları və təbirlərin keçirilməsi qadağan edilir.

  • Açıq və qapalı bazarlar işləmirlər. Aqrar bazarlar fəaliyyətə davam edirlər.

  • Xizək kurortlarında mehmanxanalar sadəcə covid-infeksiyalıların yerləşdirilməsi üçün fəaliyyət göstərəcəklər.

  • Həmçinin, xizək trassaları və xizək kurortlarında kanat yollarının funksiyası dayandırılır.

Dekabrın 24-də yanvarın 2-nə qədər

  • Ticarət mərkəzləri, açıq və qapalı bazarlar işləyəcəklər.

  • Şəhər daxili və şəhərlərarası nəqliyyat vasitələri bərpa olunacaq.

3  yanvar – 15 yanvar

Ölkə miqyasında:

  • Tətil günləri elan olunur;

  • Noyabrın 28-dən dekabrın 24-nə qədər qüvvədə olan bütün məhdudiyyətlər yenidən qüvvəyə minəcək.

  • Banklardan və strateji əhəmiyyətli obyetlərdən başqa, heç bir müəssisə işləməyəcək

16 yanvar – 31 yanvar

Ölkə miqyasında:

  • Munisipal və şəhərlərarası nəqliyyat vasitələrinin fəaliyyəti bərpa olunacaq.

  • Ticarət obyektlərinin, açıq və qapalı bazarların fəaliyyəti (şənbə-bazardan başqa).

  • Şənbə-bazar günləri nəqliyyat vasitələri də fəaliyyətlərini dayandıracaqlar

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...