Rusiya və Ermənistan xarici işlər naziri telefon danışığı aparıb | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Rusiya və Ermənistan xarici işlər naziri telefon danışığı aparıb

Siyasət A- A A+

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Ermənistanlı həmkarı Ara Ayvazyan 7 dekabrda Moskva səfəri və 9 noyabr bəyanatının icrası ilə bağlı telefon müzakirəsi aparıb.

Bu barədə Eurasia Diary TASS-a istinadən xəbər verir.

"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr bəyanatının icrası və 7 dekabr tarixində planlaşdırılan Moskva səfəri ilə bağlı müzakirələr aparıb", Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında söylənilib.

Lavrov 21 noyabrda Rusiyanın idarələrarası nümayəndə heyəti ilə İrəvanı ziyarət edib. Səfər çərçivəsində Rusiya xarici işlər naziri ilə görüşdə Ayvazyan yaxın gələcəkdə Moskvaya işgüzar səfərə gəlmək dəvətini qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...