Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Stepanakertin (Xankəndi) itkisi barədə xəbərdar edib.
Bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.
"2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirib ki, siz "Kars, Kars" mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün "Stepanakert, Stepanakert" mahnısını eşidəcəksiniz. O bunu qəfldən dedi", - Artur Tovmasyan InfoPort.am nəşrinə bildirib.
A.Tovmasyan Serj Sarkisyanın 9 noyabrda Stepanakertin boş olduğunu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyini xatırlatdığını etiraf edib.
Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın bəhs etdiyi mahnıda "Qars - erməni torpağıdır və sual səslənir ki, şəhərin Ermənistana nə vaxt qayıdacaq" deyilir.