Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb | Eurasia Diary - ednews.net

22 Yanvar, Cümə


Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb

Siyasət A- A A+

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb.

APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Laçın rayonunun Azərbaycanın nəzarətinə verildiyini söyləyib.

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

İ. Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu da söyləyib: “Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...