Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiya ilə çəkindirmə siyasətinin və danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Eurasia Diary xəbər verir ki, Yens Stoltenberq bu fikri dünən NATO Xarici İşlər Nazirlərinin bu il keçirilən son videokonfransda ifadə edib.
"NATO-nun çəkindirmə mövqeyini Rusiyanın sabitliyi pozan hərəkətlərini həll etmək üçün uyğunlaşdırırıq. Eyni zamanda, biz hamımız Rusiya ilə dialoqun davam etdirilməli olduğu fikrindəyik".
"Rusiya qüvvələrinin bizim yaxın qonşularımız olan Gürcüstan, Şərqi Ukrayna və Moldovanın bəzi hissələrini əhatə edən ərazilərdə yerləşdirilməsinin şahidi oluruq".