"Bidzina İvanişvili Trampın ailəsi ilə rus lobbilərinin vasitəçiliyi ilə yaxınlaşıb" - Müxalifət lideri | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


"Bidzina İvanişvili Trampın ailəsi ilə rus lobbilərinin vasitəçiliyi ilə yaxınlaşıb" - Müxalifət lideri

Siyasət A- A A+

Gürcüstan İşçi Partiyasının lideri Şalva Natelaşvili Donald Trampın ailəsinin Bidzina İvanişvili ilə yaxınlğının olduğunu bəyan edib.

Eurasia Diary Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, bu barədə Şalva Natelaşvili “Rustavi-2” kanalına danışıb.

“Bidzina İvanişvili Trampın ailəsi ilə, rus lobbilərinin vasitəçiliyi ilə yaxınlaşıb. Trampın qızı İvankanın həyat yoldaşı Cared Kuşner, Ağ Evin yanında yerləşən Eyzenhauer Palatasında təhlükəsizlik şurasında işləyir və oradan Bidzina İvanişviliyə dəstək verir.

Ancaq bir neçə həftəyə bu qrupun özbaşınalığı sona çatacaq. Amerika xalqı trampizmi dayandırdı. Oliqarxiyaya Amerikada veto qoyuldu və bir neçə vaxta Gürcüstanda da həmişəlik son qoyulacaq” Şalva Natelaşvili deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...