"Birgə müşahidə mərkəzimizin yaradılması üçün yazılı olaraq bir maneə yoxdur".
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
"Hazırda oranın inşası gedir. Dostlarımız çox qısa müddətdə orada xidmət edəcəklər. Türk və rus generalları birlikdə çalışacaqlar. Türk və rus zabitlər orada bir yerdə olacaq və atəşkəsə riayət olunmasını təmin edəcək və atəşkəsin qalıcı olması üçün səy göstərəcəklər", Akar söyləyib.