Rusiya NATO-nun Qara dəniz ətrafında hərbi fəallığından narahatdır, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, diplomat NATO müttəfiqlərinin Qara dənizdəki limanlarına çoxlu sayda dəniz qüvvələri cəmləşib, bundan əlavə, Rusiya sərhədlərində dron uçuşları da artıb.
"Bolqarıstanın və Rumıniyanın infrastrukturu gücləndirilir və ərazilərinə hücum silahları yerləşdirilir. Hərbi təlimlərin ssenariləri Rusiya ərazisinə zərbə endirmələrini əhatə edir" Zaxarova deyib.
"Bu, bizi ciddi şəkildə narahat edir. İttifaqın getdikcə artan hərbi fəaliyyətini nəzərə almağa vadar oluruq".
"Qara dəniz bölgəsinin sahil dövlətləri sülhü qorumaq üçün qorumaq üçün öz təcrübələri var. Əlbətdə yaxşı olmayan niyyətlə peyda olan yeni aktorun meydana çıxması regional sabitliyi sarsıdır və qonşu ölkələr arasında bir problem yaradır".