"Putinin imperial məqsədləri həyata keçirmək üçün Paşinyana ehtiyacı var" - erməni qəzeti | Eurasia Diary - ednews.net

24 Yanvar,


"Putinin imperial məqsədləri həyata keçirmək üçün Paşinyana ehtiyacı var" - erməni qəzeti

Siyasət A- A A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanı müdafiə edən fikirləri erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın Hraparak qəzeti yazır.

"Bizim vəzifəmiz Baş nazir Paşinyan və onun komandasına dinc həyatın formalaşmasında və qərarların həyata keçirilməsində dəstək olmaqdır", deyə Putin söyləyib.

"Bu açıqlama hakim dairələrin [Ermənistanın] düşüncəli və düşünən hissəsi arasında yeni qorxular yaratdı: Rusiya Prezidenti bundan başqa daha hansı qərarlar irəli sürür?", qəzet yazır.

Qəzetin yazdığına görə [Ermənistanda] hakim dairələrdə dərin şübhələr formalaşıb, onlar düşünür ki, Putinin Baş nazir postunda imperial maraqları təmin etmık üçün və bununla da birlik dövləti yaratmaq üçün Paşinyana ehtiyacı var.

Rusiya ekspertlər səviyyəsində artıq Ermənistanla birləşmək perspektivlərindən danışır. Hansı ki, bu 27 sentyabrdan əvvəl fantaziya kimi gəlirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...